Azərbaycanda əmək kitabçaları ləğv olunacaq – RƏSMİ
Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.
Aztimes.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, yeni “Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq. Əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.