Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır

Baxılıb:141
Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır

 

Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılacaq.

Oxu.Az-ın məlumatına görə, siyahıya alınma oktyabr ayının 1-dən 10-dək davam edəcək.

Hər 300 nəfər əhali üçün bir sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və beş sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib.

Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb.

Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin siyahıya alınması hər 10 ildən bir həyata keçirilir.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir