Azərbaycana hansı ölkə neçə xal verdi? – SİYAHI

Baxılıb:194
Azərbaycana hansı ölkə neçə xal verdi? – SİYAHI

Xəbər verdiyimiz kimi, İsrailin Tel-Əviv şəhərində keçirilən sayca 64-cü “Avroviziya-2019”-un qalibi 492 xalla Hollandiya təmsilçisi Dunkan Laurens oldu.

AzTimes.az xəbər verir ki, Azərbaycana “Avroviziya – 2019” mahnı yarışmasında iştirak edən 41 ölkə bu cür səs verdi.

12 xal verən ölkə : Rusiya
10 xal verən ölkələr : Rumıniya, Litva, Gürcüstan, Sloveniya

8 xal verən ölkələr : Portuqaliya, Malta, Albaniya, Yunanıstan

7 xal verən ölkələr : İspaniya, Böyük Britaniya, İtaliya, İrlandiya, İsrail

6 xal verən ölkələr : Fransa, Latviya, Kipr, Moldova

5 xal verən ölkələr : Estoniya, Norveç, Macarıstan, İsveç, Çex Respublikası

4 xal verən ölkələr : Danimarka, Avstriya, San Marino, Şimali Makedoniya, İslandiya

3 xal verən ölkə : Serbiya

2 xal verən ölkələr : Finlandiya, Avstraliya, Polşa

1 xal verən ölkə olmayıb

Ümümiyyətlə Azərbaycana səs verməyən ölkələr isə Ermənistan, Belarus, Niderland,

Montenegro, Almaniya, Belçika, Xorvatiya, İsveçrə olub.

Qeyd edək ki, “Avroviziya-2019” mahnı müsabiqəsində ölkəmizi müğənni Çingiz Mustafayev “Truth” – “Həqiqət” mahnısı ilə təmsil etdi. Çingiz ölkələr arasında keçən, münsif heyətinin verdiyi səsvermədə 197 xal topladı, xarici ölkələrdən gələn sms nəticələrindən isə hesabına 100 səs əlavə olundu. Beləliklə, Çingiz müsabiqədə 297 xal toplayaraq 7 yerdə qərarlaşdı.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir