Azərbaycan xəritəsi AzTV sədrinin ayaqları altında

Baxılıb:762
Azərbaycan xəritəsi AzTV sədrinin ayaqları altında

AZTV-nin “Həftə” proqramında Azərbaycan xəritəsini elə verirlər ki,ayaqlar altına döşənir.Televiziyanın sədri Rövşən Məmmədov da deyəsən heç bundan zərrə qədər narahat olmur,studiyada sağa-sola,dala-qabağa yürüyür.Yəni görmür ki,Azərbaycan xəritəsi,Azərbaycan adı ayaqlarının altındadır? Axı bu veriliş birbaşa yayımlanmır,montajda əyər-əskiyi düzəltmək olar.Başa düşmək olmur,bu verilişə quruluş verən rejissor,yeni təyin etdiyi bədii rəhbər buna necə yol verirlər?
Məgər bu yanlışı dərk etmirlər? İctimai-Siyasi Proqramlar Studiyasına məxsus bir proqramda belə siyasi xəta buraxmaq nə deməkdir? Rövşən Məmmədovun ayaqlarının altında qalan Azərbaycan xəritəsi,Azərbaycan adı uğrunda cavan canlar qurban gedir,şəhid olurlar.Heç olmasa bundan utanıb xəcalət çəksinlər.

Həmin xəritəyə diqqətlə baxanda görünür ki,səhvlər var.Sözün biri ingiliscə,biri Azərbaycan dilində yazılıb,bəzi kəlmələrdə isə məsələn,”ä” hərfindən istifadə olunub,bəzi məkanların keçmiş adları qeyd edilib.Məsələn,Pirallahı əvəzinə Artyom,Şirvan əvəzinə Əli Bayramlı yazılıb,özü də “Äli Bayramlı”.Bundan başqa,Dänizkänarı,Märdäkan,Qazimämmäd,Älät və s.qeyd olunub. Diqqətli izləyici yəqin siyasi aparıcımız Rövşən müəllimin fonunu verilən xəritədə əks olunmuş “BOUNDARY FORMER NAGORNO-KARABAKH AUTONOMOUS OBLAST”
(“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhəddi”) yazısına da fikir verib.
Həmin xəritəni kimin,nə məqsədlə seçib ora qoymağı çox maraqlıdır.

Bir vaxtlar Azad Azərbaycan televizisiyasının hava proqnozu buraxılışında da Azərbaycan xəritəsini döşəmədə əks etdirirdilər.Sonra düzəliş etdilər.İndi isə milli televiziyamızın əsas verilişində,siyasi bir verilişdə teleradio kanalının özünə siyasi şərhçi deyən rəhbərinin bu cür rakurslarda təqdimatına çox təəssüf edirik.

Zatən Azərbaycanın üçrəngli bayrağı həkk edilmiş AZTV loqosunu ləğv edərək üçbucaq işarəsi qoyan çinovnikdən bunu da gözləmək olardı,təəccüblü deyil.Təəccüb doğuran odur ki,Rövşən müəllimin bu əməllərinin qarşısı hələ də alınmır.Mətbuat,radio və televiziyaları kurasiya edən məsul vəzifəli şəxslər Rövşən Məmmədovun bu tərz
sərgüzəştlərinə elə bil bilərəkdən göz yumurlar.Nə qədər əməkdaşın şikayəti baxılmamış qalır,heç bir reaksiya verilmir.
Nəticədə Azərbaycan adını pəncələri altına sərdirən bir sədr-AZTV rəhbəri Məmmədov Rövşən Raqif oğlunun ucbatından haqqımız nazilir.NAZİLƏN HAQQI ÜZÜLMƏYƏ QOYMAYIN!

Saida Vəliyeva/AzTimes.az/


Abunəlik