“Azərbaycan və Türkiyə İranın düşməni olan İsraili buna görə regiona dəvət edib” – Qriqoryançdan İNANILMAZ İDDİA
“Azərbaycan və Türkiyənin İranın ən qatı düşməni olan İsraili regiona dəvət etməsi təsadüfi deyil”.
AzTimes.az xəbər verir ki, bunu Sovet və Ermənistan komandirləri, general-leytenant Norat Ter-Qriqoryanç İA Realist-ə müsahibəsində deyib.
Erməni hərbçi daha sonra bildirib:
“O İsraili ki, Azərbaycanın Silahlı Qüvvələrini Dağlıq Qarabağ və hətta Ermənistan ermənilərini məhv etmək üçün öldürücü silah və döyüş sursatı ilə təchiz edib. Bu ölkə Bakını hətta qadağan olunmuş sursatla silahlandırıb”.//kanal.az