“Azərbaycan Uşaqları” İctimai Birliyinin Xızı rayonunda yaz düşərgəsi keçiriləcək
“Azərbaycan Uşaqları” İctimai Birliyi ilə Cənnət Bağı Şirkətlər Qrupu arasında əməkdaşlıq çərçivəsində 27- 28 may tarixlərində Xızı rayonunda yaz düşərgəsi həyata keçiriləcək. Qeyd edək ki 2 günlük yaz düşərgəsi Konstitusiya və Suverənlik ili ilə 28 may Müstəqillik Gününə həsr ediləcək.
Yaz düşərgəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzindən reabilitasiya keçən həssas qrupdan olan 40 nəfər uşaq iştirak edəcək.
Düşərgənin keçirilməsində məqsəd uşaqların vətənpərvər ruhda yetişdirilməsi,incəsənət və turizm sahəsində bacarıqlarının artırılması,istedadlarının üzə çıxarılmasıdır.
