“Azərbaycan Uşaqları” İctimai Birliyi Xızı rayonunda Müstəqillik Gününü qeyd etdi

Baxılıb:56
“Azərbaycan Uşaqları” İctimai Birliyi Xızı rayonunda Müstəqillik Gününü qeyd etdi

“Azərbaycan Uşaqları” İctimai Birliyinin təşəbbüsü,Cənnət Bağı Şirkətlər Qrupunun təşkilatçılığı ilə 28 may Müstəqillik Günü, Konstitusiya və Suverənlik ili münasibəti ilə Xızı rayonunda tədbir və master klass keçirilib.Qeyd edək ki, tədbir “Azərbaycan Uşaqları” İctimai Birliyinin Cənnət Bağı Şirkətlər Qrupu ilə əməkdaşlığı çərçivəsində keçirilən “Mənim vətənim Azərbaycan “ -AUİB 2 günlük yaz düşərgəsində baş tutub.

Tədbirdə Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən həssas qrupdan olan uşaqlar Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri qoydular.Tədbirin davamında uşaqlar üçün açıq səma altında master klass keçirilib.Master klassda düşərgə iştirakçıları tərəfindən vətənpərvərliyi ,müstəqilliyi konstitusiya və suverənliyimizi özündə əks etdirən rəsmlər çəkilib.


Abunəlik