“Azərbaycan tarixi” dərsliyində Qarabağ “Arsax” kimi qeyd edildi-VİDEO
AzTimes.az xəbər verir ki, bu barədə Nizaməddin Zamanlı adlı “Facebook” istifadəçisi şəxsi hesabında paylaşım edib. Məlum olub ki, yeddinci siniflər üçün nəzərdə tutulmuş Azərbaycan tarixi dərsliyində yer almış orta əsr xəritələrinin hamısında Qarabağ “Arsax” kimi qeyd edilib.
Qeyd:
Arsak və ya Arsax – Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. M.ö. II yüzildən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. Lakin, hələ də Qarabağ sözü ilə paralel olaraq işlədilməkdədir. Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. Mənbələrdə Arsax “möhkəmləndirilmiş vilayət”, “möhkəm ölkə” adlanırdı. İlk orta yazilliklərdə erməni (hay) tarixçilərinin əsərlərində bu söz Artsax kimi verilib. Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir.
Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının (Hazırda Qarabağın dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. “Erməni coğrafiyası”na görə bu əyalət öz növbəsində 12 kiçik inzibati vahidə bölünürdü. Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edirdi.
Arsaq, sak düzü, şamlar diyarı mənasını versə də dövrümüzə qədər olan dərsliklərdə bu məsələ belə qabardilmayıb. Valideynlərin əksərinin hələ də sovet təhsilli olması bu məsələlərdən xəbərsiz olması ilə bağlıdır. Sovet dövrü tarix dərsliklərinin əksərində hadisələr şagirdə 7 noyabr çevrilişindən sonra təqdim edilirdi. Ona görə də boşluqlar mövcud idi.
Ümid edirik ki, məsələ ilə bağlı aidiyyəti qurumlardan tutarlı açıqlama gecikməyəcək.