Azərbaycan Sərhədçisindən qürurverici addım – ƏTRAFLI

Baxılıb:327
Azərbaycan Sərhədçisindən qürurverici addım – ƏTRAFLI

Cari ilin aprel ayının 16-da saat 19:30 radələrində Dövlət Sərhəd Xidmətinin 2 hərbi qulluqçusu şəxsi avtomobillə hərəkət edərkən Abşeron rayonunun Yaşma yaşayış massivi ərazisində avtomobil yolunun kənarında 5-6 yaş arasında 1 nəfər oğlan uşağının tək və qorxmuş vəziyyətdə dayandığını müşahidə edərək ona yaxınlaşmışlar.

AzTimes.az xəbər verir ki, Uşaqla danışıq zamanı adının Tuncay olduğu, Sumqayıt şəhərində yaşadığı, əmisigilə getmək istədiyi, lakin evlərini tanımadığı məlum olmuşdur.
DSX əməkdaşları tərəfindən azyaşlı avtomobilə mindirilərək H.Z.Tağıyev qəsəbəsində yerləşən polis bölməsinə aparılmış, daha sonra Sumqayıt şəhər polis idarəsi bu barədə məlumatlandırılmış və təxminən bir saatdan sonra uşağın valideynləri tapılaraq polis bölməsinə dəvət edilmişlər.

Polis bölməsinin rəhbərliyi və valideynlər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına azyaşlının tapılmasında göstərdikləri köməkliyə görə minnətdarlıq bildirmişlər.


Abunəlik