Azərbaycan polisi şəhidləri yad etdi-FOTOLAR

Baxılıb:557
Azərbaycan polisi şəhidləri yad etdi-FOTOLAR

AzTimes.az xəbər verir ki, Xaçmaz, Xızı və Siyəzən RPŞ-lərinin əməkdaşları Vətən müharibəsinin ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə tədbirlər şəhər mərkəzlərində yerləşən Şəhidlər xiyabanında baş tutub. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, rayon rəsmiləri, şəhidlərimizin ailə üzvləri, qazilər, hərbçilər və yerli sakinlər iştirak ediblər. Ziyarətçilər şəhidləri yad edib, onların ruhuna dualar oxuyublar.


Abunəlik