Azərbaycan polisi narkomaniya əleyhinə maarifləndirmə tədbirini davam etdirir

Baxılıb:206
Azərbaycan polisi narkomaniya əleyhinə maarifləndirmə tədbirini davam etdirir

Bərdədə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
 
AzTimes.az xəbər verir ki,Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Mirzəalıbəyli kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib. Tədbirdə  məktəbin müəllim və şagird kollektivi ilə yanaşı Polis Akademiyasının sonuncu kurs kursantları da iştirak ediblər. 

RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev və digər  çıxış edən şəxslər narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər haqqında geniş bəhs olunub. Narkomaniyanın yayılmasının qarşısının alınması üçün birgə mübarizə tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Abunəlik