Azərbaycan ordusunun qarşısından qaçan separatçı generala Ermənistanda vəzifə verildi

Baxılıb:74
Azərbaycan ordusunun qarşısından qaçan separatçı generala Ermənistanda vəzifə verildi

Qarabağ separatçılarının “ordusunun” sonuncu komandanı Kamo Vardanyan Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri olub.

Bu barədə cümə günü “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu məlumatı Vardanyanın özü də təsdiqləyib.

Nəşr xatırladır ki, Kamo Vardanyan 2020-ci ilin payızında 44 günlük müharibədən bir il sonra separatçıların “ordusunun” komandanı təyin edilib. O, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Samvel Şahramanyana qoşularaq Ermənistana qaçıb.


Abunəlik