Azərbaycan Ordusunun əsgərini cərəyan vuraraq öldürdü – YENİLƏNDİ

Baxılıb:167
Azərbaycan Ordusunun əsgərini cərəyan vuraraq öldürdü – YENİLƏNDİ

Azərbaycan Ordusunun əsgərinin cərəyan vurması nəticəsində ölməsinə görə cinayət işi açılıb.

Bu barədə  Manset.az-a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. Xəbərə görə, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunmuş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin  tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin ediləcəkdir.

09:16

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu iyunun 13-də Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölüb.


Abunəlik