Azərbaycan Ordusu Zəngəzurun qapısında: “Sabah gecə olacaq”

Baxılıb:197
Azərbaycan Ordusu Zəngəzurun qapısında: “Sabah gecə olacaq”

Sünik bölgəsinin (tarixi adı Zəngəzur-Red) şəhər və icmalarının rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri Baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb ediblər.

Aztimes.az xəbər verir ki, bu barədə sözügedən qurumların yaydıqları bəyanatda bildirilib.

Müraciətdə deyilir ki, Ermənistan fəlakət içindədir, Zəngəzur təhlükə altındadır: “Sünik üçün bu taleyüklü günlərdə çoxsaylı suallar cavabsız və həll olunmamış qalır. Bir sıra mübahisəli sərhəd məsələləri var”.

İcma rəhbərləri müraciətlərində Ermənistanın Zəngəzurun itirilməsi təhlükəsi qarşısında qaldığını iddia edirlər:
“Qarabağ savaşında məğlub olduq, minlərlə qurban, itkin düşmüş şəxs, çoxsaylı iqtisadi və humanitar problemlər var ki, onların həlli bizim çiyinlərimizə düşür. Düşmən (Azərbaycan) Sünikin qapılarına çatıb. İndi ən vacib vəzifəmiz Süniki qorumaqdır.

Hər dəqiqə vacibdir – nəticələr geri dönməz ola bilər. Bu vəziyyətdə bizi təhdid edən fəlakəti mövcud hakimiyyətlə aradan qaldırmağın mümkün olmadığını hər gün görürük və bu səbəbdən Nikol Paşinyan və hökumətin istefasını tələb edirik. Söhbət siyasi spekulyasiyalardan deyil, vətəni xilas etməkdən gedir. Sabahın çox gec ola biləcəyini başa düşürük”.


Abunəlik