Azərbaycan nefti BAHALAŞDI
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,77 % artaraq 83,04 ABŞ dolları təşkil edib.
Hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 80,44 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.