Azərbaycan millisinin cüdoçusu qabırğasını sındırdı – RƏSMİ

Baxılıb:26
Azərbaycan millisinin cüdoçusu qabırğasını sındırdı – RƏSMİ

Azərbaycan milli komandasının cüdoçusu Vüsal Qələndərzadə Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində ağır zədə alıb.

Bu barədə federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, 73 kq çəki dərəcəsində yer alan Qələndərzadənin qabırğası sınıb: “Ona görə həm 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu, həm də təsəlliverici görüşə çıxa bilmədi. Zədəsinin bərpası təxminən 2-3 ay çəkəcək”.


Abunəlik