Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana getdi

Baxılıb:294
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana getdi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.


Abunəlik