Azərbaycan Gənc Mübarizlər Təşkilatından təqdirəlayiq təşəbbüs-Şəhid övladları …

Baxılıb:1209
Azərbaycan Gənc Mübarizlər Təşkilatından təqdirəlayiq təşəbbüs-Şəhid övladları …


Heç bitməyən İnformasiya Müharibəsində könüllülərdən ibarət arxa cəbhə olan və bu gün də buna davam edən Azərbaycan Gənc Mübarizlər Təşkilatının rəhbəri Hilal Məmmədov tərəfindən irəli sürülən idea nəticəsində artıq gələn həftədən təşkilatin təşəbbüsü ilə şəhid övladları online şəkildə məktəb fənləri üzrə ödənişsiz kurslarda iştirak edə biləcəklər. Bu barədə AzTimes.az-a açıqlamasında AGMT-nin rəhbəri H.Məmmədov bildirib . “Təşkilat üzvləri əllərində olan bütün əlaqələrdən istifadə edərək kurslara könüllü müəllimlərin cəlb edilməsini təmin edir. Biz yenə də könüllüləri dəvət edirik. Kim istəsə bu işdə bizə dəstək ola bilər. Ehtiyacı olan , övladlarının təhsil almasını istəyən bütün şəhid ailələri bizə müraciət edə bilər”


Abunəlik