Azərbaycan Ermənistana qarşı 50 milyard dollarlıq iddia hazırlayır?

Baxılıb:370
Azərbaycan Ermənistana qarşı 50 milyard dollarlıq iddia hazırlayır?

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır. 

“Aztimes.az” Virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevork Kostanyan tert.am-a müsahibəsində açıqlayıb.

“Təəsüf ki, məndə olan məlumata görə Azərbaycan Qarabağ münaqişəsi kontenstində Ermənistana qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu iddia özündə siyasi, hüquqi, sosial və mədəni komponentləri birləşdirir. Daha çox narahatlıq doğuran iddianın 50 milyard dollarlıq iqtisadi komponentidir”-Kostanyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif Avropa ölkələrindəki səfirləri iddianın qaldırılması üçün aparıcı hüquqşünaslarla müqavilələr bağlayır, yəni vəkillər komandası formalaşdırır.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi Qarabağ münaqişəsi kontekstində indiyə qədər Laçından olan bir qrup azərbaycanlı məcburi köçkünün, habelə Azərbaycandan köçüb getmiş bir qrup erməninin iddialarına baxıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir