Azərbaycan “elektronlaşır”, amma… – 21 əsrin tələbi budur
Ekspert: “Bütün sahələr elektronlaşmanın inkişafının bir parçası olmaq üzərində çalışır”
2020-ci il dekabrın 8-də “2-ci Rəqəmsal Jurnalistikaya doğru” təlim-proqramı start götürdü. “2-ci Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi media nümayəndələrinin jurnalistika sahəsində baş verən yeniliklər və trendlərlə tanış edilməsi, elektron xidmətlər və rəqəmsal həllər haqqında məlumatlandırılması və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidən ibarət idi. İki hissədən ibarət olan “2-ci Rəqəmsal Jurnalistikaya doğru” proqramının vebinarlardan təşkil olunan mərhələsində müvafiq istiqamətdə təlimçilər müxtəlif mövzulardan danışdılar.
Paşa Holdinqin maliyyə dəstəyilə baş tutan təlimdə Emin Musavi (Jurnalistikada Son Trendlər), Şəfəq Mehrəliyeva (Jurnalistikada Etik Qaydalar və Media Qanunu), Zakir Xanməmmədov (Rəqəmsal Bankçılıq), Sona Tağıyeva (Sosial Medianın Jurnalistikada Rolu), Azər Qərib (Blogerliyin Əsasları), Soltan Bayramov (“myGov”), Cəmşid Naxçıvanski (“e-Gov” və “ASAN Login”), Aqşin İbrahimov (ASAN Finans), Müşviq İsmayılov (ASAN ödəniş), Ramin Namazlı (ASAN Viza), Nərgiz Rəsulova (e-Agro), Sədi Eminov (e-satınalma), Məmməd Kərim (Start-uplar), Toğrul Cəfərov (Süni İntellekt) və Qaçay Mirzəyev (Blokçeyn Texnologiyası və Əşyaların İnterneti) mövzularında proqram iştirakçılarını məlumatlandırıdılar. Proqram başa çatdıqdan sonra, iştirakçılar arasında 6 mövzu üzrə müsabiqə mrəhələsi start götürdü. Müsabiqə mövzularından biri də Azərbaycanda elektronlaşdırılmasına ehtiyac duyulan sahələr və xidmətlərdir.
Maraqlıdır, Azərbaycanda elektronlaşdırılmasına ehtiyac duyulan sahələr və xidmətlər hansılardır? Bu sahələrdə fəaliyyət necə həyata keçirilməlidir?
Rabitə və yüksək texnologiyalar sahəsi üzrə ekspert Cəlil Qasımbəyli sualmıza cavab olaraq bildirib ki, Azərbaycanda elektronlaşdırılmasına ehtiyac duyulan sahələr və xidmətlər 21-ci əsrin əvvəllərindən bu günə qədər texnologiya baxımından sürətli şəkildə inkişaf edib və hazırki dövrdə də inkişaf etməyə davam edir: “Bütün sahələr bu inkişafın bir parçası olmaq üzərində çalışırlar. İstənilən biznes sahəsinin elektronlaşdırılması, avtomatlaşdırılması həmin qurumun insan faktorunu aradan qaldıraraq, inkişaf etdirilməsinə öz töhfəsini verir. Biznes-proseslərin elektronlaşdırılması müəssisənin fəaliyyəti üzrə bütün informasiyanı vahid bazada saxlamağa imkan verir ki, bu da şöbə və bölmələr arasında daxili məlumat mübadiləsi prosesini sadələşdirir. Məsələn, əməkdaşın şəxsi kartına edilən hər hansı dəyişiklik, həmin andaca digər strukturların hesabatlarında da öz əksini tapır. Beləliklə də, artıq digər bölmələrə heç bir sorğu göndərmədən və cavab gözləmədən zəruri məlumatlar əldə edilmiş olur”.
“Elektronlaşdırılma-avtomatlaşdırılma zamanı istənilən qurum aşağıdakı nünanslara tam şəkildə sahib olmuş olur: informasiya resursları mübadiləsi proseslərinin sürətlənməsi, müəssisənin fəaliyyəti barədə məlumatların bir elektron arxivdə qorunub saxlanması, məlumatlara baxış və düzəliş edilməsinə əlçatarlığın məhdudlaşdırılması, filialların, şöbələrin, əməkdaşların işinə mərhələli nəzarətin həyata keçirilməsi, məlumatların tam informasiya təhlükəsizliyi və müəssisənin öz təcrübəsini nəzərə alaraq onun inkişaf planının tərtib edilməsi imkanı”, -ekspert vurğulayıb.
O, hazırki dövrdə Azərbaycanda elektronlaşdırılma və avtomatlaşdırılmaya ən çox ehtiyyac duyulan sahələri də qeyd edib: “Bu gün Azərbaycanda elektronlaşdırılma və avtomatlaşdırılmaya ən çox ehtiyac duyulan sahələr maliyyə sahəsi-pul vəsaitlərinin zərurət sırası ilə şöbələr üzrə bölüşdürülməsi, ödəniş və xərclər üzərində tam nəzarət, təmiz mənfəətin müəyyən edilməsi, pul sızmalarının istisna edilməsi üçün kadrlar sahəsi, vahid bazanın bütün səviyyələrində personal barədə məlumatların avtomatik şəkildə daxil edilməsi, əməkdaşların karyera yüksəlişi, nailiyyətləri, mükafatları və cərimələri barədə məlumatların izlənməsi üçün anbar xidməti sahəsi-xammal və hazır məhsulun anbara daxil olmasından, oradan çıxmasına qədər anbar ərazisində bütün hərəkətinə tam nəzarət, malların rasional saxlanması, zəruri materialların sürətli axtarışı üçün layihələrin idarəedilməsi sahəsi, qurumun müvafiq bazarda inkişaf texnologiyasının tətbiqi bu prosesin tam nəzarətdə saxlanılması və seçilmiş strategiyaya mərhələli dəyişiklik etmək imkanı üçün”.
“Ümumilikdə götürdükdə isə elektronlaşdırılma və avtomatlaşdırılma aşağıdakı sistemlər vasitəsilə həyata keçirilir: ERP–Sistemləri, CRM-Sistemləri, HRM–Sistemləri, BI– Sistemləri, verilənlər bazalarının hazırlanması, ESD – Elektron Sənəd Dövriyyəsi sistemləri”, – deyə mütəxəssis qeyd edib.
Qeyd: Bu yazı Elektron Hökumətin İnkişafı Mərkəzinin “Rəqəmsal jurnalistikaya doğru” 2-ci proqramının müsabiqə mərhələsinə təqdim edilmək üçündür.
Mərahim Nəsib /AzTimes.az/