Azərbaycan dondurmanı hansı ölkələrdən alır?
Azərbaycan yanvar-mart ayları ərzində dünyanın iki ölkəsinə dondurma ixrac edib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində 112,8 min dollar dəyərində dondurma ixracı baş tutub.
Ümumilikdə ölkəmizdən 39,5 ton çəkidə dondurma ixrac edilib ki, onun da 8,8 tonu (25,9 min dollar dəyərində) Fələstinə, 30,7 tonu isə (86,9 min dollar dəyərində) Afrika qitəsinin Fil Dişi Sahili Respublikasına (Kot Divuar) ixrac edilib.
Azərbaycan bu dövr ərzində dondurma və digər yeyinti buz növlərini Türkiyə, Belarus, Almaniya və Lüksenburqdan idxal edib.
Belə ki, Türkiyədən 33,2 ton çəkidə (182,2 min dollar dəyərində), Belarusdan 10,1 ton çəkidə (33,4 min dollar dəyərində), Almaniyadan 1,4 ton çəkidə (14,3 min dollar dəyərində) və Lüksenburqdan 170 kiloqram çəkidə (2,9 min dollar dəyərində) dondurma və digər yeyinti buz növləri idxal edilib.