Azərbaycan deputatları İrəvana gedir?

Baxılıb:15
Azərbaycan deputatları İrəvana gedir?

İrəvanda dekabrın 10-12-si arası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası keçiriləcək.

Ermənistana tədbirdə iştirak üçün 10-dan çox ölkədən nümayəndənin gələcəyi gözlənilir.

“Hraparak” qəzeti isə yazır ki, Ermənistana həmçinin Türkiyədən də nümayəndələr gələ bilər. Bununla belə Azərbaycan tərəfinin hələlik görüşdə iştirak edib-etməyəcəyi bəlli deyil. Qəzet həmçinin iki ölkə arasında danışıqları “boş şey” adlandırıb, amma bunu nəyə əsaslanaraq yazdığını açıqlamayıb.

Qeyd edək ki, hazırda təşkilata sədrliyi Ermənistan edir.


Abunəlik