Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur. Ednews xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Hicran Hüseynova bildirib ki, ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası var. “Beynəlxalq konvensiyalara qoşulmaq uşaq hüquqlarının qorunması mexanizminin daha da təkmilləşdirilməsinə öz müsbət təsirini göstərir”, – deyə o qeyd edib. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.