“Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də sahə işçiləri üçün təlim keçirildi

Baxılıb:145
“Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də sahə işçiləri üçün təlim keçirildi

AzTimes.az xəbər verir ki, “Yol təsərrüfatının tikili və qurğuları” və “Lokomotivin təhlükəsiz idarə olunması və lokomotiv sürücüsünə siqnal vermə qaydaları” mövzusunda keçirilən təlimlərdə Limanda çalışan yol montyorları, maşinist və qatar tərtibatçıları iştirak edib.

Təlimin əsas məqsədi  sahədə işləyən Liman əməkdaşlarının biliklərini çalışdıqları istiqamət üzrə təkmilləşdirmək, eləcə də onlara bu sahədə yeni praktik biliklər öyrətmək olub.

Hər iki mövzu üzrə təlimlər 7 gün davam edib və ümumilikdə təlimlərə 14 Liman əməkdaşı qatılıb.  Təlimlərin sonunda iştrakçılara “Azərbaycan Dəmir Yolları” QSC-nin daxili sertifikatları təqdim olunub.

Qeyd edək ki, təlimlər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sifarişi əsasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsinin Maarifləndirmə və İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Hazırda Mərkəz sifarişlər əsasında dəmir yolu sahəsi ilə bağlı müxtəlif mövzularda təlimlərin təşkilini həyata keçirir.

Mərkəzlə əlaqə: 012 499 62 16


Abunəlik