Aylıq 300 dollar limiti necə tənzimlənəcək? – Gömrük Komitəsindən AÇIQLAMA

Baxılıb:332
Aylıq 300 dollar limiti necə tənzimlənəcək? – Gömrük Komitəsindən AÇIQLAMA

“Ay ərzində dəyəri 300 dolları keçməmək şərti ilə vətəndaş istənilən qədər göndərişləri öz ünvanına almaq hüququna malikdir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Baş idarəsinin rəisi Fərid Əliyev İctimai Televiziyaya müsahibəsində deyib.
Onun sözlərinə görə, bunun üçün yeganə şərt göndərişin bəyan edilməsidir: “Smart customs” mobil tətbiq vasitəsi ilə poçt göndərişi gömrük orqanına bəyan edilməlidir. Qeyd edim ki, bu inzibatçılıq yükü təşkil etmir və bir klik qədər asandır. Məlumatları göndərməklə vətəndaş istədiyi qədər göndərişləri ünvanına ala biləcək”.


Abunəlik