Avtovağzal bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Baxılıb:94
Avtovağzal bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Avtovağzal bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib.

T.Orucov bildirdi ki, vətəndaşlar biletləri avtovağzalın gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin onlayn qaydada əldə edə bilərlər.

Qeyd edildi ki, hazırda 175 nəqliyyat vasitəsi portalda qeydiyyatdadır.


Abunəlik