Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro ayırdı

Baxılıb:22
Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro ayırdı

Avropa Komissiyası (AK) Ukrayna Dəstək Fondundan Kiyevə 4,1 milyard avro məbləğində ikinci makromaliyyə yardımı tranşının ayrılmasına müsbət qiymət verib.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Avropa Komissiyası Ukraynanın bu ödəniş üçün zəruri olan islahatlar sahəsində doqquz öhdəlik bəndinin hamısını qənaətbəxş şəkildə yerinə yetirdiyini müəyyən edib”, – AK-dan bildirilib və qeyd olunub ki, bu məbləğ Aİ Şurası tərəfindən təsdiqlənəndən sonra Ukraynaya köçürüləcək.

Məlumatda qeyd olunub ki, Kiyevin həyata keçirdiyi islahatların qiymətləndirildiyi meyarlar korrupsiya ilə mübarizə, biznes şərtləri, əmək bazarı qaydaları, enerji bazarı normaları və ətraf mühitin qorunmasına aiddir.

AK-dan diqqətə çatdırılıb ki, Ukrayna Dəstək Fondu xətti ilə bu tranşın köçürülməsindən sonra Kiyev ümumilikdə 16,1 milyard avro alacaq.


Abunəlik