Ateist gəncdən Anar Ələkbərova etiraz:”Sizdən reaksiya gözləyirəm”

Baxılıb:1031
Ateist gəncdən Anar Ələkbərova etiraz:”Sizdən reaksiya gözləyirəm”

Azərbaycan Respublikası Rrezidentinin köməkçisi Anar Ələkbərov bir qrup din xadimi ilə görüşüb. Çox əla, çox pakizə.
Dövlət tərəfindən dini qurumlara və din xadimlərinə dəstəklər olunması hər kəsə bəllidir və bu hal mənim tərəfimdən alqışlanır. Hər bir din xadimi və onun tərəfdarları hansısa bir qeyri-hökumət və ya digər xarici dini qruplaşmalara yox, məhz dövlətinə arxalanır.

Bu məqamda mənim bir etirazım var.
Çox hörmətli Anar müəllim, Azərbaycanda yetərincə dövlətin, dövlətçiliyin, ali dəyərlərin qədrini bilən ateistlər var və bu ateistlərin nə bir dövlət tərəfindən yaradılmış vahid bir mərkəzi, nə də dövlət qeydiyyatından keçmiş adi bir QHT-si var. Bunların yaranması üçün şəxsən özüm dəfələrlə cəhdlər etmişəm, amma qarantiya məktubu, hansısa bir nüfuzlu siyasi fiqurun rəyi kimi anlaşılmaz maneələr qarşıma çıxıb.

Ölkədə aydın, gələcəyi işıqlı və doğrudanda bu ölkəyə böyük töhfələr verə biləcək inancsız insanlar tanıyıram və həmin insanların ölkədən çıxmasına, hər hansı bir qeyri-dövlət və ya xaricdən maliyyələşən hər hansı bir qrupa xidmət etməsinə, bəlli olmayan qruplaşmalara qoşulmasına üzülürəm.

Bu məsələ ilə bağlı şəxsən mən Anar müəllimdən reaksiya gözləyirəm. Çox xırda bir zaman çərçivəsində inancsız , aydın və ziyalı insanları bir araya toplaya bilərəm. O adamların dinlənilməsi,təkliflərin eşidilməsi bu mövzuda olan ləngiməni əminəm ki, düzəldə bilər.

Rəşad Alızadə AzTimes.az


Abunəlik