Atatürkün 18 yaşda çəkdirdiyi fotosu yayıldı
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün 18 yaşında çəkdirdiyi foto düz 121 il sonra ortaya çıxıb.
AzTimes.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin dövrdə tələbə olan Atatürkün bu fotoları anası Zübeyde xanıma göndərmək üçün çəkdirdiyi bildirilib.
Sözügedən şəkilin Atatürkün günümüzə gəlib çıxan ən qədim fotosu olduğu düşünülür.
Fotonun rəngləndirilmiş versiyasını təqdim edirik: