“Atama ağır dərmanlar verilirdi” Səyyad Əlizadənin oğlu nələr dedi

Baxılıb:298
“Atama ağır dərmanlar verilirdi” Səyyad Əlizadənin oğlu nələr dedi

Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy “Günün sədası” proqramına qatılıb.

AzTimes.az axşam.az-a istinadən xəbər verir ki, o, atasından bəhs edib. Atabəy bildirib ki, atasına ağır dərmanlar veriblər: 

“Atam kimi sadə, təmizürəkli insan bu dünyaya bir də gəlməyəcək. Atamın yarımçıq qalan arzuları, işləri var. Onları tamamlamağa çalışacam. İki-üç il sonra atamın repertuarı ilə onun sənətini davam etdirəcəm. Avqustun 30-da getmişdi muğamla bağlı diskin çəkilişinə. Oradan ağır vəziyyətdə gəldi. Müalicələr bir-birini tutmurdu. Ağır dərmanlar verilirdi. Ağır halda Zığda olan modul tipli hospitala yerləşdirildi. Sentyabrın 12-dən ağırlaşmışdı. 16-da başqa xəstəxanaya köçürüldü. Artıq xəstəxanaya yerləşdiriləndə əlaqəmiz kəsilmişdi, danışmırdı”.

Qeyd edək ki, S.Əlizadə koronavirus infeksiyasına yoluxmuş və yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.


Abunəlik