Ata Adullayevdən gözlənilməz manevr-VİDEO

Baxılıb:177
Ata Adullayevdən gözlənilməz manevr-VİDEO

Son vaxtlar videoblogger fəaliyyəti daha çox müzakirə olunan və müxalifyönlü insanlar tərəfindən tənqid olunan Ata Abdullayev maraqlı addım atıb. AzTimes.az xəbər verir ki, qəza nəticəsində ağır yaralanan hüquq müdafiəçisi Oqtay Gülalıyevın İstanbulun “American” xəstəxanasında uzun müddətdir ki, müalicə alması və onun ödənişləri ətrafında yaranan bəzi xoşagəlməz məsələləri araşdırmaq üçün, videoblogger Ata Abdullayev bir-başa İstanbula gedərək canlı yayıma çıxıb və bir-sıra məsələlərə aydınlıq gətirib. AzTimes.az olaraq, Ata Abdullayevlə əlaqə saxlayıb, bu gözlənilməz addımın səbəbləri haqqında soruşduq:

“İlk olaraq, mənim fəaliyyətimi diqqətdə saxladığınız üçün həm siz media adamlarına və məni izləyənlərə təşəkkür edirəm. Fərqi yoxdu, məni tənqid edən və ya dəstəkləyən. İstanbula gəlib Oqtay Gülalıyevi ziyarət etmək, bir azərbaycanlı kimi ona dəstək olmağa gəldim. Eyni zamanda istədim bir video reportaj edərək, son durumu xalqa çatdırım. Əfsuslar olsun ki, həkimlər icazə vermədi onun yanına gedim. Yalnız ailə üzvlərinə icazə verirlər. Amma bu önəmli deyil. Əsas olan odur ki, bir azərbaycanlının həyatı xilas olsun. Biz buna görə Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevaya, cənab prezidentə minnətdarıq ki, siyasi baxışından, dinindən, mövqeyindən aslı olmayaraq, hər kəsə yardım göstərirlər. Bu, bir daha onu göstərir ki, ölkəmiz demokratik və hüquqi dövlət olmaqla yanaşı həm də rəsmi orqanlar vətəndaşlarla çox humanist davranır. Bəzi müxalif qüvvələr Oqtay Gülalıyevin durumundan sui-istifadə edib, özünə xal yığmağa çalışsa da, istəklərinə nail ola bilmədilər. Təbii ki, söhbətin kimdən getdiyini hər kəs yaxşı bilir. Belə ki, Əli Kərimli və onun bəzi tərəfdarları xeyriyyə aksiyası adıyla Oqtay Gülalıyeva güya yardım yığırlar. Amma bu, heç də kömək üçün deyildi, sadəcə istədilər ki, həm özlərini reklam etsinlər və eyni zamanda da Heydər Əliyev fonduna ləkə yaxsınlar. Bütün bu cəhdlər uğursuz alındıŞ səbəb də odur ki, xalqımızın gözü tərəzidir. Təkcə Oqtay müəllimlə bitmir bu xeyriyyə işləri. Son illərdə Heydər Əliyev fonunun rəhbərliyinin bir-başa göstərişi ilə ən son model məktəblər, xəstəxanalar tikilib ki, bu da bizim millətin gələcəyi üçün hesablanmış ən böyük layihələrdəndir”.Videoblogger Ata Abdullayev daha sonra sosial şəbəkədə bu qədər aktivliyi və onu tənqid edənlər haqqında da maraqlı fikir bildirib:
“Mən siyasətçi deyiləm, idarəetmə sahəsi ilə bağlı da təhsilim yoxdu. bilirəb bu qədər aktiv olmağım çox insanda sualllar yaradır. Amma o ittihamlar mənə yapışmır. Səbəblər də odur ki, mən yeniyetmə yaşlarımdan Heydər Əliyev dəyərlərinə sadiq olmuşam. Və çox xoşbəxtəm ki, peygəmbər qədər dəyərli olan ümummilli liderlər görüşmüşəm. Bu gün də bu şanlı yolu cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevə gedir. İndi də mən öz idalogiyamın məntiqi davamı kimi bu iki iunsanı dəstəkləyirəm. Bu yaşıma qədər əqidəm, sifətim, fikrim, addımım bir olub və bu sübutdur ki, mən bir əqidəli insanam. Amma çox uzağa getməyək, elə bizim müxalifətçilərin içində 2-3 dəfə siyasi partityasını, baxışını dəyişən “liderlər” var. Qaldı ki, son vaxtlar ölkədə baş verən hadisələr zamanı hərkəsdən tez çatıb canlı yayım açmağıma, bu ona görədir ki, çox zaman şəhərdə oluram. gündəmi, sosial şəbəkəni izləyirəm. Ümid edirəm suallarınıza lazımı səviyyədə cavab verdim”.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir