Asan xidmətin əməkdaşını qaçıran şəxs saxlanıldı – DİN-dən AÇIQLAMA
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının 7-də Ağcabədi rayonu ərazisində qohumu T.İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb. Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əlavə olaraq qeyd edək ki, T.İbrahimova Asan Xidmətin əməkdaşıdır, o, işdən qayıdarkən zorla qaçırılmışdı.