“Arsenal” 89 il əvvəlki rekordunu təkrarlayıb
Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə Çexiyanın “Slaviya” klubu doğma meydanda İngiltərə “Arsenal”ını qəbul edib.
Oyun “topçular”ın 0:4 hesablı qələbəsi ilə yekunlaşıb.
“OptaJoe” “Twitter” səhifəsi məlumat verir ki, bu qələbə ilə London təmsilçisi 1932-ci ilin dekabrından bəri ilk dəfə dörd səfər oyunun hamısında ardıcıl azı üç qol vurub.
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal”ın rəqibi İspaniyanın “Vilyareal” klubu olacaq.oxu.az