Arif Quliyevin dəfn olunacağı yer açıqlandı – YENİLƏNİB

Baxılıb:123
Arif Quliyevin dəfn olunacağı yer açıqlandı – YENİLƏNİB

Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer açıqlanıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə Oxu.Az-a açıqlamasında bildirib ki, A.Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

11:50

“Xalq artisti Arif Quliyevin dəfn yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir:

“Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək”.


Abunəlik