AQUPDK və DİN döyülən azyaşlı ilə bağlı birgə MƏLUMAT YAYDI
Polisdən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinə verilən məlumata görə azyaşlının xəsarət alması ilə bağlı Abşeron rayon Polis İdarəsinin tədqiqat bölməsində araşdırma aparılır,S.A (ad şərtidir) artıq məhkəmə tibbi ekspertizadan keçirilib, ekspertizanın rəyinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
Komitədən AzTimes.az-a verilən məlumata görə baş vermiş hadisə ilə bağlı artıq Abşeron rayon İcra Hakimiyyətinə məlumat verilib, hazırda rəsmi müraciət olunur.