“Apple” istifadəçilərinə XƏBƏRDARLIQ – Tətbiqlər SİLİNƏCƏK

Baxılıb:169
“Apple” istifadəçilərinə XƏBƏRDARLIQ – Tətbiqlər SİLİNƏCƏK

“Apple” şirkəti uzun müddət ərzində yenilənməmiş, az sayda və ya ümumiyyətlə heç bir yüklənməyə sahib olmayan tətbiqləri “App Store”dan siləcək.

Aztimes.az  xəbər verir ki, şirkət tətbiqlərin yenilənmələri üçün tərtibatçılara 30 gün vaxt verib.

Daha sonra məlum olub ki, “Apple” tərtibatçılara təqdim edilmiş müddəti 90 günə yüksəldib. Söhbət, son 3 il ərzində yenilənməmiş, son 12 ay ərzində nadir hallarda yüklənmiş və ya ümumiyyətlə yüklənməmiş tətbiqlərin silinməsindən gedir.

Qeyd edək ki, nəticə etibarilə bu və ya digər tətbiqin “App Store”dan silinəcəyinə baxmayaraq, smartfonlara yüklənmiş həmin tətbiqlər çalışmağa davam edəcəklər. Silinmə prosesi yalnız “App Store” platformasını əhatə edəcək.

“Apple” bildirib ki, App Store Improvements proqramı faktiki olaraq 2016-cı ildən fəaliyyət göstərir və artıq 2.8 milyon tətbiq “App Store”dan silinib.

Bununla belə tərtibatçıların çoxu şikayət edir ki, tətbiqlər üçün illər əvvəl təqdim edilmiş yenilənmələr hələ də aktual olaraq qalırlar və həmin tətbiqlərin düzgün şəkildə çalışmaları üçün hansısa dəyişikliklərin edilməsinə ehtiyac yoxdur.


Abunəlik