Antiterror tədbirləri zamanı şəhid olan Ramazan Hüseynzadənin adı küçəyə verildi
Antiterror tədbirləri zamanı şəhid olan Ramazan Hüseynzadənin adı Cəlilabadda küçəyə verilib.
Artıq şəhidin adını daşıyan küçəyə lövhə də vurulub.
Qeyd edək ki, Ramazan Həmdulla oğlu Hüseynzadə 1 yanvar 2000-ci ildə Lerik rayonunun Orand kəndində anadan olub.
Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı müddətdən artıq hərbçi Ramazan Həmdulla oğlu Hüseynov qəhrəmancasına şəhid olub. Şəhid Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ramazan Həmdulla oğlu Hüseynzadə ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.