Ankara London və Berlindən müsbət siqnallar aldı – Fidan açıqladı

Baxılıb:80
Ankara London və Berlindən müsbət siqnallar aldı – Fidan açıqladı

“Eurofighter” qırıcılarının alınması ilə bağlı Türkiyə London və Berlindən müsbət siqnallar alıb.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global” telekanalına müsahibəsində deyib.

“Dəyərləndirməmiz zamanı məlum oldu ki, “Eurofighter” istifadə edəcəyimiz təyyarədir. Üç ölkə buna müsbət yanaşır. Böyük Britaniya bu məsələ ilə bağlı müzakirələrdə fəal iştirak edib. Britaniyalı həmkarım zəng edəndə mühüm bir qərar barədə məlumat vermişdi. Almaniya da müsbət siqnallar verir”, – deyə Fidan bildirib.

Bundan əvvəl “AHaber” telekanalı Almaniyanın Türkiyə ilə “Eurofighter” qırıcılarının tədarükü ilə bağlı texniki danışıqlara başlamağa razılaşdığını bildirmişdi. Ankara artıq Böyük Britaniya və İspaniya ilə razılıq əldə edib və 40 təyyarə almağı planlaşdırır. Hazırda Almaniya ilə onun etirazlarını aradan qaldırmaq üçün danışıqlar aparılır.

“Habertürk” telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, London Berlinlə bu problemin həllinə kömək edəcəyinə söz verib.


Abunəlik