“Android” istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək
“Google Play Services”in beta versiyasında Android əməliyyat sistemi istifadəçilərini telefon fırıldaqçılarından qorumaq üçün yeni təhlükəsizlik funksiyası aşkarlayıb.
“Bank Scam Call Detection Service” adlı bu yenilik fırıldaqçılıq hallarının qarşısını almağa kömək edəcək.
Fırıldaqçılar tez-tez bank işçisi kimi çıxış edərək hesabla bağlı problemləri həll etmək məqsədilə istifadəçidən xüsusi proqramı quraşdırmağı tələb edirlər. “Google”un yeni mexanizmi bu cür ssenariləri müəyyənləşdirərək istifadəçini potensial təhlükə barədə xəbərdar edəcək.
Funksiya üç amilin üst-üstə düşməsi zamanı aktivləşir: naməlum nömrədən gələn zəng, bank tətbiqinin açıq olması və ekran yayımının aktiv vəziyyətdə olması.
Bu kombinasiya aşkarlandıqda ekranda mümkün fırıldaqçılıq barədə xəbərdarlıq bildirişi görünəcək.
Hələlik bu yeniliyin “Android”in sabit versiyasında nə vaxt əlçatan olacağı məlum deyil.