Anar Qəşəm Nəcəfzadənin Şuşa siyahısından adının çıxarılmasına münasibət bildirib

Baxılıb:462
Anar Qəşəm Nəcəfzadənin Şuşa siyahısından adının çıxarılmasına münasibət bildirib

Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar Rzayev şair Qəşəm Nəcəfzadənin sabah Şuşaya səfər edəcək şairlərin siyahısından adının çıxarılmasına münasibət bildirib.

AzTimes.az xəbər verir ki,o,  Manset.az-a açıqlamasında Qəşəm Nəcəfzadənin adının hansı səbəbdən siyahıdan çıxarıldığını bilmədiyini qeyd edib.

“Biz onun adını siyahıda vermişdik, olmalı idi, ancaq çıxarılıb. Niyə çıxarılıb, bilmirəm. Qəşəmin adını kim çıxardıb xəbərim yoxdur. O məni ittiham edə bilməz, çünki mən onun adını siyahıda vermişdim. Mümkünsə onun da adını siyahıya daxil etsinlər, getsin!”



Abunəlik