Ana üç uşağını 9-cu mərtəbədən ATDI
Özbəkistanın paytaxtı Daşkənddə 27 yaşlı qadın əvvəlcə 3 azyaşlı uşağını daha sonra isə özünü 9 mərtəbəli binanın pəncərəsindən atıb.
Özbəkistanda hadisə aprelin 3-ü axşam saatlarında baş verib.
Məlumata görə, qadın yaşadığı binanın 9-cu mərtəbəsində 3 uşağını pəncərənin qarşısına gətirərək bir-bir yerə atıb.
Hadisə nəticəsində ana, 4 və 5 yaşlı iki oğlu, eləcə də bir yaşlı qızı dünyasını dəyişib.
Özbəkistanın Baş Prokurorluğu məlumatı təsdiqləyib. Hadisənin səbəbləri araşdırılır.
Hadisə yerindən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb.