Ana pəncərədən yıxılan övladının arxasınca özünü binadan atdı – DƏHŞƏT
Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.
Hadisə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarından birində baş verib.
Belə ki, binanın beşinci mərtəbəsində uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.
Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az