Amerikanın kosmik gəmisi BKS-ə yaxınlaşdı

Baxılıb:39
Amerikanın kosmik gəmisi BKS-ə yaxınlaşdı

Amerikanın “SpaceX” şirkətinə məxsus təkrar istifadə edilə bilən kosmik gəmi “Crew Dragon” Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla yanaşdı.

Bu barədə NASA məlumat yayıb.

Bildirilib ki, “Crew Dragon” martın 16-na keçən gecə BKS-ə yaxınlaşıb. Proses ABŞ-ın Şərq Sahil vaxtı ilə saat 00:04-də (Bakı vaxtı ilə 08:04) başa çatıb. Beləliklə, bütün səyahət təxminən 28 saat çəkib.

Kosmik gəminin göyərtəsində rus kosmonavtı Kirill Peskov da daxil olmaqla 4 nəfər olub. Ekipajda astronavtlar Nikol Ayers və Enn Makkleyn və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən Takuya Onişi də yer alıb.

“Crew Dragon” ilə “Falcon 9” raketinin buraxılışı əvvəlcə martın 12-də axşama planlaşdırılıb. “SpaceX” rəhbərliyi kosmik gəminin buraxılışına bir saatdan az qalmış ləğv edib.

Daha sonra NASA bildirib ki, şirkət əlverişsiz hava şəraiti səbəbindən bu qərarı verib. “Crew Dragon” uçuş yolu boyunca güclü külək və yağıntı proqnozlaşdırılırdı.

Nəticədə martın 14-ü axşam saatlarında “Crew Dragon” ilə “Falcon 9″un buraxılışı baş tutub. Raket daşıyıcısı ABŞ-ın Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən buraxılıb.


Abunəlik