Amerikada böyümüş Ceyhun Qarabağlı Cəbrayılda: “Bura mənim evimdir”

Baxılıb:70
Amerikada böyümüş Ceyhun Qarabağlı Cəbrayılda: “Bura mənim evimdir”

Ceyhun ABŞ-də böyüyüb. Ancaq baba yurdu olan Cəbrayıl rayonunun Süleymanlı kəndi onun üçün ən doğma yerdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 4 il əvvəl bu kəndi də erməni işğalından azad edib. 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz Ceyhunun da Süleymanlıya yolunu açıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Bura mənim evimdir” sənədli filmində Ceyhunun baba yurduna səfərindən və oradakı yaşantılarından bəhs edilir. Film ötən il Türkiyənin İzmir şəhərində keçirilən “Qızıl alma” Beynəlxalq Turan Film Festivalında nümayiş etdirilib, mükafata layiq görülüb. 4 Oktyabr  – Cəbrayıl Şəhəri Günü ərəfəsində filmi bir daha təqdim edirik. 


Abunəlik