AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlandı

Baxılıb:536
AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlandı

Şamaxı Rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən rəsədxananın ərazisində yerləşən “Kainat” restoran-hotelin administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.
Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-hotelin kotteclərindən birini fahişəliklə məşğul edilməsi üçün bir gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektdə əməliyyat keçiriblər və ikimərtəbəli kottecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediblər. ///Publika.az


Abunəlik