Almaniyada yaşı 100-ü ötən insanların sayı artdı

Baxılıb:62
Almaniyada yaşı 100-ü ötən insanların sayı artdı

2022-ci ilin siyahıyaalmasına əsasən, Almaniyada yüz ildən çox yaşayan azı 16 min 800 nəfər var.

2011-ci ildə aparılan öncəki siyahıyaalmada bu göstərici 13 min 400 nəfər olub. Beləliklə, ötən dövr ərzində Almaniyada yaşı yüzü keçən vətəndaşların sayında 25 faizlik artım qeydə alınıb.

Ekspertlər yaşlı insanların sayının artmasını həyat şəraitinin yaxşılaşması və tibb sahəsində tərəqqi ilə izah edirlər.

Həmçinin məlum olub ki, qadınların ömrü kişilərdən daha uzundur. Belə ki, yaşı yüzü ötən insanların yalnız 15 faizi kişilərdir. Uzunömürlülər ən çox Hamburq, Şlezviq-Holşteyn və Saksoniya federal torpaqlarında yaşayırlar. Yaşlı insanların ən çox olduğu şəhər isə hər 10 min nəfərə 4,6 uzunömürlünün düşdüyü Vürzburqudur (Bavariya federal torpağı)


Abunəlik