Almaniya sərhəd nəzarətini daha da SƏRTLƏŞDİRDİ: Bundan sonra…

Baxılıb:31
Almaniya sərhəd nəzarətini daha da SƏRTLƏŞDİRDİ: Bundan sonra…

Almaniyada ölkənin bütün sərhədlərində müvəqqəti nəzarət altı ay müddətinə yenidən qüvvəyə minib.

Bu barədə Almaniya kansleri Olaf Şolts sosial şəbəkədə məlumat verib.

Şoltsun ​​sözlərinə görə, Almaniyada qeyri-qanuni miqrasiya ilə mübarizə hələ də davam edir. O qeyd edib ki, ölkə altı ay müddətinə bütün sərhədlərdə müvəqqəti nəzarəti bərpa edib və bu barədə Avropa Komissiyası məlumatlandırılıb.

Kansler əlavə edib ki, Almaniya sərhəd nəzarəti sayəsində qeyri-qanuni miqrasiyanının effektiv şəkildə qarşısnı alır.

Qeyd olunur ki, bu nəzarət nəticəsində sərhədlərdə 47 000 imtina, 2023-cü ildən 2024-cü ilə qədər sığınacaq üçün müraciətlərin üçdə bir faiz azalması və 1900 qaçaqmalçının həbsi reallaşıb.


Abunəlik