Almaniya risk edir – ABŞ-dan xəbərdarlıq
Amerikalı politoloq Gilbert Doktoroy özünün YouTube kanalında Almaniyanın Ukraynadakı münaqişəni gərginləşdirmək üçün atdığı addımların almanların revanşist əhval-ruhiyyəsindən xəbər verdiyini bildirib.
Onun sözlərinə görə, Almaniya kansleri Fridrix Merts hazırda böyük riskə gedir.
“Digər şeylər arasında Merts ümid edir ki, Şimali Atlantika Alyansı Nizamnaməsinin 5-ci maddəsi Rusiyanın cavabı halında onu xilas edəcək. Onların nəyə arxalandığını söyləmək mənim üçün çətindir”, – Doktoroy deyib.
O aydınlaşdırıb ki, son vaxtlar Almaniyada ictimai rəydə radikallaşmaya doğru dəyişiklik baş verib.