Almaniya iqtisadiyyatı böhranda: Səbəb nədir?

Baxılıb:100
Almaniya iqtisadiyyatı böhranda: Səbəb nədir?

Almaniyanın Ümumdaxili Məhsulu (ÜDM) ikinci rübdə mənfi artım göstərdi ki, bu da durğunluğu göstərir.

Bu barədə ölkə mətbuatı yazır.

Ekspertlər iqtisadiyyatın ləng artım vəziyyətindən tezliklə çıxacağına şübhə edirlər. Bildirilir ki, şirkətlərin sərmayə qoymaq istəməməsi azalmanın əsas səbəbidir.

Eyni zamanda, Almaniyada inflyasiya cüzi olsa da artır, digər Aİ ölkələrində isə vəziyyət daha yaxşıdır.

Böhrandan sonra əhalinin “inflyasiya yaddaşı” səbəbindən istehlak mühiti zəif olaraq qalır.

Qeyd edilir ki, koalisiya hökumətinin iqtisadi siyasətinə şübhələr artır.

Vurğulanır ki, hətta digər Aİ ölkələrində də işlər daha yaxşıdır. İspaniyada iqtisadiyyat ikinci rübdə 0,8%, Fransada 0,3% artıb, hətta uzun müddət zəif inkişaf edən ölkə hesab edilən İtaliyada da 0,2% artıb.


Abunəlik