Alimlər TƏŞVİŞ İÇİNDƏ – Qitə parçalanacaq, yeniokean yaranacaq

Baxılıb:29
Alimlər TƏŞVİŞ İÇİNDƏ – Qitə parçalanacaq, yeniokean yaranacaq

“Afrika qitəsi gözləniləndən çox tez parçalanacaq”.

Bunu Kaliforniya Universitetinin professoru Ken Makdonald deyib.

O qeyd edib ki, Efiopiya səhrasında təxminən 56,5 km uzunluğunda çat 2005-ci ildə yaranıb, lakin o vaxtdan bəri hər il təxminən 1,5 sm sürətlə genişlənir.

“Mütəxəssislərin yeni hesablamalarına görə, qitə yaxın bir-beş milyon il ərzində parçalana bilər, baxmayaraq ki, əvvəllər bu prosesin on milyonlarla il çəkəcəyi güman edilirdi”, – Makdonald əlavə edib.

O qeyd edib ki, Hind okeanının suları qalxıb Şərqi Afrika Rift Vadisi ərazisini su basdıqda belə vəziyyət yarana bilər.

Makdonald əlavə edib ki, Afrikanın bölünməsi Atlantik okeanı qədər dərinlikdə olacaq yeni qitə və okeanın yaranmasına səbəb ola bilər.

Bundan əvvəl Kurtin Universitetinin avstraliyalı alimləri Çindaodakı Laoshan laboratoriyasından olan çinli həmkarları ilə birlikdə Yer mantiyasının iki hissəyə bölündüyü qənaətinə gəliblər. Bu proses superkontinent Pangeanın yaranması və məhv olmasını əks etdirir.


Abunəlik